Ərdoğanın sözçüsü: “Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq”
Rəsmi Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.
Demedia.az-ın Report-a istinadən xəbərinə görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.
İbrahim Kalın deyib ki, sanksiyalar Türkiyə iqtisadiyyatına Rusiya Federasiyasından daha çox ziyan vuracaq.
Onun sözlərinə görə, Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı addımları müsbət nəticə verməyib.