Britaniya səfiri İran XİN-ə çağırılıb, nota verilib
Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Demedia.az İran KİV-ə istinadən xəbər verir ki, ona Britaniyanın qeyri-ənənəvi, həmçinin İranın milli təhlükəsizliyinə müdaxilələri ilə bağlı nota təqdim olunub.
Qeyd edək ki, İran müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri edam edilib.
O, 1961-ci ilin sentyabrında anadan olub. İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib.
Britanya-İran ikili vətəndaşlığına sahib olub. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb. İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.
Bu addım Böyük Britaniyanın ciddi narazılığına səbəb olub. Britaniyanın Baş naziri Rişi Sunak Ə.Əkbərinin edamını vəhşi və qorxaq hərəkət kimi qiymətləndirib. / Report