Cozef Borel Britaniya vətəndaşının İranda edamını pislədi



 20:20 15.01.2023     322

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbərinin İran hakimiyyəti tərəfindən edam edilməsini pisləyib.

Bu barədə Demedia.az diplomatın bəyanatına istinadən xəbər verir.

“Avropa İttifaqı İran və Britaniya vətəndaşı Əlirza Əkbərinin İranda edamını ən sərt şəkildə pisləyir. İstənilən şəraitdə belə bir cəza tədbiri ilə razılaşmırıq”-, bəyanatda vurğulanıb.

Qeyd edək ki, artıq Böyük Britaniya Xarici İşlər Nazirliyi Əlirza Əkbərinin edam edilməsi ilə əlaqədar Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.