KTMT-nin dörd təlimindən üçü Belarusda keçiriləcək



 21:47 15.01.2023     306

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2023-cü ilə planlaşdırılan dörd təlimindən üçü Belarusda keçiriləcək.

Demedia.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini Pavel Muraveyko “STV” telekanalına müsahibəsində bildirib.

“Təşkilatın hər il keçirdiyi 4 təlimdən üçünün ölkəmiz ərazisində keçirilməsi planlaşdırılır. Bunlar Çevik Kollektiv Qüvvələrinin “Qarşılıqlı hərəkət”, kəşfiyyat bölmələrinin “Axtarış” və arxa cəbhə qüvvələrinin “Eşelon” təlimləridir. Onların hamısı sentyabrda ölkəmizdə keçiriləcək”.