Blinken və Paşinyan arasında telefon danışığı olub



 09:07 19.01.2023     330

ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri tviterdə yazıb.

“Baş nazir Paşinyanla iki ölkə arasında davamlı sülhün yeganə yolu olan Azərbaycanla ikitərəfli sülh müzakirələrinin yenidən başlaması üçün atılacaq addımlar barədə danışdım”, - dövlət katibi qeyd edib.