Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçi öldü
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğın söndürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətindən bildirilib.
Yanğının söndürülməsi 5 saat çəkib.
Ermənistanın İctimai Televiziyası hadisənin baş verdiyi hərbi hissənin daxil olduğu 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan işdən çıxarılacağı barədə məlumat yayıb.
***
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 3 nəfərin vəziyyəti ağırdır.
***
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində yanğın başlayıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ölənlər və yaralananlar var.
Hadisənin səbəbi müəyyənləşdirilir.//Report.az