Fransa Ukraynaya “Leclerc” tankları verə bilər
Fransa Ukraynaya “Leclerc” tankları verə bilər.
Demedia.az xəbər verir ki, bu barədə "Politico" qəzeti adı açıqlanmayan fransalı rəsmi şəxsə istinadən yazır.
"Məsələ mürəkkəbdir və hələ də Parisdə qərar qəbul edilməyib. Amma biz bu barədə düşünürük. Görək, Fransa və Almaniya nazirlər kabinetlərinin birgə iclasında nə qərar veriləcək", - rəsmi şəxs deyib.
Xatırladaq ki, dekabr ayında Ukraynanın Baş naziri Denis Şmıqal rəsmi Kiyevin NATO standartlarına cavab verən tanklar, xüsusən də Fransa istehsalı olan “Leclerc” tankları almaq istədiyini demişdi.