Ukrayna Gürcüstandan daha bir qrup hərbi texnikanı istəyir
Ukrayna Gürcüstan rəhbərliyindən yerli istehsal olan "Didqori" seriyalı zirehli texnikaları ona verməyi xahiş edir.
Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın “Palitranews” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, “Didqori”lər humanitar məqsədlər üçün istifadə edilərsə, Ukrayna üçün faydalı olacaq.
Diplomat deyib ki, Gürcüstan hakimiyyətinin niyə hərbçilər üçün fərdi qoruyucu vasitələri, həmçinin ilk tibbi yardım çantalarını Ukraynaya göndərməməsi hələ də aydın deyil.