Ermənistanda hökumətin və müdafiə nazirinin istefası tələb olunur



 17:19 19.01.2023     350

Ermənistanda hərbi hissədə baş verən yanğında 15 əsgərin ölmünə görə hökumətin və müdafiə naziri Suren Papikyanın istefası tələb olunur.

Demedia.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri yanmış kazarmanın, müdafiə nazirinin fotolarını paylaşaraq Nazirlər Kabinetini istefaya çağırırlar.

Qeyd edək ki, ötən gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və bir zabit yaralanıb.

Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb.