Türkiyəyə daxil olmaq istəyən 5 PKK-çı saxlanıldı
Şanlıurfa və Mardinin Suriya ilə həmsərhəd vilayətlərində 5 PKK terrorçusu daxil olmaqla dövlət sərhədini pozan 9 şəxs saxlanılıb.
Nexeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Cinayətkarlar Şanlıurfanın Ceylanpınar bölgəsi və Mardinin Kızıltepe bölgəsindəki sərhəddən qanunsuz yollarla Türkiyə ərazisinə girməyə çalışıblar.
Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.
Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son illərdə özlərini "Suriya Demokratik Qüvvələri" adlandırırlar. İranda isə PKK, PJAK adı altında fəaliyyət göstərir.