Rusiyanın Ukraynadakı itkilərinin sayı 188 minə çatıb

 18:00 21.01.2023     339

“Ukraynada Rusiyanın itkilərinin sayı heyrətamiz dərəcədə artaraq 188 minə çatıb”.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin sonunda Böyük Britaniyanın müdafiə naziri Ben Uolles fevral işğalı nəticəsində 100 000 rus əsgərinin öldürüldüyü, yaralandığı və ya fərarilik etdiyini bildirmişdi.

Məlumata görə, Almaniyanın cənubinda yerləşən Ramştayndakı ABŞ-ın hərbi bazasında Ukraynaya dəstək məqsədilə keçirilən sammitdə Rusiyanın verdiyi itki və ya yaralılarla bağlı yeni daha böyük rəqəmlər təqdim olunub.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Rusiyanın “çox böyük itkilər” verdiyini desə də, dəqiq rəqəmi açıqlamayıb: “Onlara (Rusiyanı nəzərdə tutur - red.) həqiqətən də çox zərbə vurdular... Mən deyərdim ki, 100 000-dən çox itki veriblər”.

M.Milli əlavə edib ki, “Vaqner” muzdlu dəstəsi də çox böyük itkilər verib.

Qeyd edək ki, yanvarın 20-də Ramştaynda 50 ölkənin müdafiə nazirlərinin iştirakı ilə toplantı keçirilib.