Parisdə etirazlar zamanı iğtişaşlar başladı

 09:07 22.01.2023     337

Fransanın paytaxtı Parisdə pensiya islahatlarına qarşı etirazlar zamanı iğtişaşlar başlayıb.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bankları və küçə bankomatlarını sındırmağa, həmçinin işıqforları sıradan çıxarmağa başlayan “Black block” qrupunun üzvləri radikal etiraz fəallığı nümayiş etdirirlər.

“Makron, sonacan mübarizə aparacağıq!”, - etirazçılar şüar səsləndirirlər.

Etirazçılar arasında “Məhv olsun kapitalizm” çağırışları da var.