ABŞ Rumıniyadakı 4000 hərbiçisinin qalma müddətini uzatdı

 13:51 22.01.2023     241

ABŞ Rumıniyadakı 101-ci Hava Desant Diviziyası briqadasının bazasındakı hərbçilər dha 9 ay qalacaqlar.

Demedia.az xəbər verir ki, bu barədə “The New York Times“ ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Hazırda Rumıniyada olan briqadanın tərkibinə 4000-ə yaxın hərbiçi daxildir.

İki ay ərzində hərbçilərin rotasiyasının aparılması nəzərdə tutulur.

Bundan əlavə, qoşunlara komandanlıq etmək üçün ABŞ-ın 10-cu dağ diviziyasından qərargah zabitləri və general-mayoru Rumıniyaya göndəriləcək.

Amerika hərbçiləri, əvvəlki kimi, Ukrayna ilə sərhəddən 100 km-dən az məsafədə yerləşən Mixail Koqalniçanu aviabazasında olacaqlar.

Eyni zamanda, onlar sərhədin bilavasitə yaxınlığında müntəzəm təlimlər keçirirlər.//APA