Kaliforniyada atışmada 7 nəfər həlak olub
ABŞ-nin Kaliforniya ştatının Half-Mun-Bey şəhərində baş vermiş iki silahlı insidentdə azı 7 nəfər ölüb.
Demedia.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Mənbələrin məlumatına görə, hadisənin qurbanları fermanın çinli işçiləri olub. Bildirilib ki, polis 67 yaşlı şübhəlini yaxalayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 22-də eyni ştatın Monterey şəhərində baş vermiş silahlı qarşıdurmada 11 nəfər ölmüşdü.