Kərəc həbsxanasında 5 məhkum edam edildi

 15:25 24.01.2023     319

Yanvarın 23-ü İranın Kərəc şəhərinin həbsxanasında 5 məhküm edam edilib.

Demedia.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilənlərin narkotik maddələrin alverində ittiham olunduqları bildirilir.