Kanada Ukraynaya dörd "Leopard 2" tankı verir



 09:05 27.01.2023     283

Kanada hökuməti Müdafiə Nazirliyinin balansında olan dörd "Leopard 2" tankını Ukraynaya təhvil verəcək.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Anita Anand bildirib.

Anand əlavə edib ki, Ottava həmçinin Ukrayna hərbçilərinə texnikanın istifadəsi üzrə təlim keçmək üçün kanadalı təlimatçılar təqdim edəcək.