Tehranın polis rəisi vəzifəsindən AZAD OLUNDU
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra Tehran polisinin rəisi Hüseyn Rəhimi vəzifəsindən uzaqlaşdırılıb.
Demedia.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat verib.
O, SEPAH-ın polis komandiri Əhməd Rza Radan tərəfindən vəzifəsindən azad edilib.
Əlborz polis rəisi Abbas Əli Muhammediyan Tehran Polis İdarəsinə, Rəhimi isə İqtisadi Təhlükəsizlik Polisinin rəisi təyin edilib.