Rusiya hərbçilərinin olduğu xəstəxanada partlayış oldu
Ukraynanın Luqansk vilayətinin işğal altında olan Novoaydar şəhərində Rusiya hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış olub.
Demedia.az xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergiy Qayday teleqramda bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində “müalicə alan onlarla” rusiyalı hərbçi ölüb.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi bu insidentdə Ukrayna hərbçilərini ittiham edərək onların HIMARS raketi ilə zərbə endirdiklərini iddia edib. Müdafiə qurumunun məlumatına görə, olayda 14 nəfər ölüb.