Xoyda güclü zəlzələ: Yaralıların sayı isə 300-ü ötdü



 09:07 29.01.2023     445

İranın Xoy şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 3-ə, yaralananların sayı isə 300-ü ötüb.

Demedia.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə bildirib.  

***

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində qeydə alınan zəlzələ nəticəsində 2 nəfər ölüb.

bu barədə Qərbi Azərbaycan Fövqəladə Hallar İdarəsinin rəhbəri bildirib.

Agentliyin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri isə təbii fəlakətin baş verdiyi ərazidən 122 nəfərin yaralandığını açıqlayıb.

Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.

Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.