İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış



 09:55 29.01.2023     403

İranın İsfahan şəhərində bir neçə güclü partlayış olub.

Demedia.az xəbər verir ki, bu barədə İran dövlət radiosu məlumat yayıb.

Bildirilib ki, partlayış Müdafiə Nazirliyinin sursat istehsalı zavodunda baş verib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.