NATO Rusiya ilə müharibəyə hazırdır



 17:24 29.01.2023     288

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib ki, alyans Rusiya ilə birbaşa qarşıdurmaya hazırdır və yenidən silahlanma onun prioritetidir.

Demedia.az xəbər verir ki, Hərbi İttifaq nümayəndəsinin sözlərinə görə, NATO ölkələrinin mülki sənaye istehsalı yenidən hərbi sahəyə yönəldilməlidir.

Admiral “sülh dövrünün hərbi iqtisadiyyatı” tezisinə tərəfdar çıxıb.

O, Şimali Atlantika Alyansının hərbi təşəbbüsü itirdiyini etiraf edib.

Bauer bəyan edib ki, Rusiyanın strateji məqsədləri “Ukraynadan kənara çıxır”.