İtaliya və Fransa Ukraynaya yüzlərlə raket verəcək



 19:54 29.01.2023     289

İtaliya və Fransa Ukrayna üçün 700-ə yaxın "Aster-30" raketi almağı planlaşdırır.

Demedia.az xəbər verir ki, bu barədə "Il Messaggero" qəzeti yazıb.

Bu raketlər ölkələrin Kiyevə tədarük etmək niyyətində olduqları SAMP-T hava hücumundan müdafiə sistemlərində istifadə olunur.

Nəşr bildirir ki, raketlərin bir hissəsi İtaliya və Fransada qalacaq. Ukraynaya dəqiq nə neçə raket çatdırılacağı məlum deyil.