FED uçot dərəcəsini artırdı



 09:54 02.02.2023     412

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz bəndi həddində artırıb.

Demedia.az xəbər verir ki, bununla da uçot dərəcəsi 4,50-4,75 %-ə çatdırılıb.

"Komitə (Açıq bazar üzrə əməliyyatlar) uzun müddət ərzində maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,50-4,75%-ə yüksəltmək qərarına gəlib", - Komitənin mesajında ​​deyilir.

Komitənin bütün üzvləri qərarın lehinə səs veriblər. Eyni zamanda, FED hesab edir ki, pul siyasətinin məqsədlərinə nail olmaq üçün hədəf faiz bandının davamlı artırılması məqsədəuyğun olacaq.

Qeyd edək ki, FED 2022-ci ildə uçot dərəcəsini yeddi dəfə artırıb.