Avropa İttifaqı Ukraynanın 30 min hərbçisinə təlim keçəcək
Avropa İttifaqı (AI) Ukraynanın 30 min hərbçisinə təlim keçəcək.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Jozep Borrel Ukraynanın paytaxtı Kiyevdə bildirib.
O, Ukraynanın Baş naziri Denis Şmıqala Ai-nin əlavə olaraq daha 15 min ukraynalıya hərbi təlim keçəcəyi xəbərini verməkdən məmnun olduğunu tviter səhifəsində qeyd edib: “Bununla da Avropa İttifaqının təlim keçəcəyi ukraynalı hərbçilərin sayı 30 minə çatacaq”.
Ali komissar ərazilərin minalardan təmizlənməsini dəstəkləmək üçün qurumun Ukraynaya 25 milyon avro verəcəyini vurğulayıb.
Qeyd edək ki, fevralın 3-də Kiyevdə Aİ-Ukrayna sammiti keçiriləcək.