"Rusiya Avropa Şurasına qayıtmayacaq" - Rusiya XİN
"Rusiya Avropa Şurasına qayıtmayacaq".
Demedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, AŞ artıq xalqların birliyinə nail olmaq məqsədi daşımır.
"Xatırladıram ki, Avropa Şurası Xartiyasının birinci maddəsinə əsasən, təşkilat Avropa xalqlarının daha böyük birliyinə nail olmaq üçün yaradılıb. Qərbin səyləri ilə indi tam əksini edir", - Qruşko bildirib.