"Müharibə buna görə hələ davam edir" - Kreml
"Xüsusi hərbi əməliyyat (müharibə - red.) davam edir, çünki Rusiyanın yeni regionları təhlükələrdən hələ tam qorunmur.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ukrayna Daxili İşlər Nazirliyinin Donbas və Krımın azad edilməsi uğrunda hücum əməliyyatlarında iştirak etmək üçün yeni briqadaların yaradılması barədə açıqlamasına belə cavab verib: "Donbas hələ də tam mühafizə olunmayıb, ona görə də xüsusi hərbi əməliyyat davam edir. Biz orada yaşayan insanları qorumağa borcluyuq. Biz o məqsədə tam nail olmamışıq, bunu həll etmək lazımdır", - Peskov bildirib.