Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb
“Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb”.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, müxtəlif Qərb mənbələrinin məlumatına görə, Rusiya qüvvələri Ukraynada 200 minə yaxın itki verib:
“Donetsk vilayətinin Baxmut ətrafındakı döyüşlər nəticəsində Rusiya ordusunun itkilərinin sayı daha da artıb. Hər gün yüzlərlə hərbçi Baxmut bölgəsində ölür və ya yaralanır. Ukraynadakı müharibədə Rusiya itkilərinin sayının yüksək olması Rusiya ordusunun döyüş effektivliyinə mənfi təsir göstərir. Rusiya ordusu növbəti hücumlara hazırlaşır. Bu isə səfərbərliyin ikinci dalğasını qaçılmaz edir”.
Məlumatda, həmçinin bildirilib ki, Rusiya məhbusları da döyüşlərə cəlb edir.