Rusiyanın 130 mindən çox hərbçisi məhv edildi



 13:43 04.02.2023     300

Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 720 hərbçisini zərərsizləşdirib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 130 590 hərbçisini məhv edib.

Qeyd edilib ki, bu müddət ərzində Rusiyanın digər döyüş itkiləri 3 218 tank, 6 395 zirehli maşın, 2220 operativ-taktiki PUA, 2207 artilleriya sistemi, 460 reaktiv yaylım atəşi sistemi, 225 hava hücumundan müdafiə sistemi, 294 təyyarə, 18 gəmi, 284 helikopter, 796 qanadlı raket, 5 081 avtomobil və tanker, 203 xüsusi texnikadan ibarətdir.