Çavuşoğlu: "Terror təşkilatları İsveçin..."
"Terror təşkilatları xüsusən İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür”.
Demedia.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu deyib.
“İsveç bu minaları bilərəkdən tapdayır. İstəsə, təmizləyər", - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
"Biz razılaşmaları yerinə yetirməyənləri mükafatlandıra bilmərik. Stokholmun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq. Lakin hazırkı vəziyyətdə Türkiyə İsveçin NATO-ya daxil olmasına razılaşa bilməz", - nazir əlavə edib.