ABŞ Çinin hava şarını vurdu



 09:07 05.02.2023     420

ABŞ öz hava məkanında Çinin hava şarını (aerostat-red) vurub.

Demedia.az "Associated Press"ə istinadən xəbər verir ki, hazırda tullantıların sudan çıxarılması üzrə əməliyyat aparılır.

Hadisənin digər təfərrüatları hələ açıqlanmır.

Daha əvvəl bildirilirdi ki, ABŞ Çin şarının Atlantik okeanı üzərində səmaya qalxmasını gözləmək və onu vurmağa cəhd etmək niyyətindədir.

Cümə axşamı Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ səlahiyyətliləri ölkənin kontinental hissəsində kəşfiyyat şarını qeydə alıblar.