İŞİD-ə ağır ZƏRBƏ VURULDU



 15:06 05.02.2023     522

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda İŞİD terror qruplaşmasının 15 tərəfdarını saxlayıb.

Demedia.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

İlkin məlumata görə, şübhəlilər İsveç və Niderland konsulluqlarına, həmçinin İstanbulda xristian və yəhudilərin ibadətgahlarına hücum barədə göstəriş alıblar.

Lakin telekanal sonra aydınlaşdırıb ki, istintaq zamanı saxlanılanların belə bir niyyətinin olmadığı müəyyən edilib. Ancaq onların İŞİD-lə əlaqəsi təsdiqlənib. Saxlanılanların işi məhkəməyə göndərilib, dinləmələrdən sonra şübhəlilər həbsxanaya göndərilib.