İsrail və Rusiya Yaxın Şərqdəki maraqlarda kompromis tapdı
“İsrail və Rusiya Yaxın Şərqdəki maraqlarında kompromis tapa biliblər”.
Demedia.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Fransanın “La Chaine Info” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkələr bir-birinin hərəkətlərinə qarışmamaq barədə qərar qəbul edib.
“Əvvəlcə Putinə dedim: “Bax, bizim seçimimiz var: ya qarşıdurmaya gedə bilərik, ya da ümumi dil tapa bilərik. İsrail sərbəst hərəkət edir. Biz sizin Suriyadakı hərəkətlərinizə qarışmırıq və siz bizi rahat buraxırsınız”. İsrailin maraqlarına xidmət edən kompromis tapılıb və buna görə də Putin bunun Rusiyanın maraqlarını təhdid etmədiyini düşünür”.
Netanyahu həmçinin bildirib ki, ölkənin milli maraqlarını nəzərə alaraq Ukraynaya silah tədarükünün mümkünlüyünü araşdıracaq. O vurğulayıb ki, İsrail Rusiya ilə qarşıdurmanı və Suriyanın hava məkanında iki ölkənin hərbçilərinin iştirakı ilə insidentlərin olmasını istəmir.