BMT-nin helikopterinə hücum: Ölən və yaralanan var



 22:24 05.02.2023     378

Konqo Demokratik Respublikasında BMT-nin helikopterinə hücum olub.

Demedia.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, helikopterin atəşə tutulması nəticəsində Cənubi Afrika Respublikasından olan BMT sülhməramlısı ölüb, bir nəfər isə yaralanıb.

Məlumata görə, helikopteri təyinat nöqtəsinə endirmək mümkün olub.