Ukrayna üçün yeni “Abrams” tankları istehsal ediləcək
ABŞ-nin “General Dynamics” konserni Ukrayna üçün yeni “Abrams” tanklarının istehsalına başlayacaq.
Demedia.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Məlumata görə, konsernin ölkənin Ohayo ştatındakı zavodu ayda təxminən 12 tank istehsal edir.
Qeyd edək ki, Pentaqon Kiyevə 31 ədəd “M1 Abrams” tankı tədarük etmək barədə qərar verib. Belə ki, “Abrams” tankları Ukraynaya 2023-cü ilin sonundan tez çatdırıla bilər.