Yens Stoltenberq: “NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub”



 12:06 06.02.2023     301

“NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub”.

Demedia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.

O, Türkiyə ilə həmrəy olduqlarını bildirib: “Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram”.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.