Rusiya və Türkiyə XİN rəhbərləri telefonla danışıb



 09:52 07.02.2023     328

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti məlumat yayıb.

S.Lavrov güclü zəlzələ nəticəsində çoxsaylı insan ölümü və böyük dağıntılarla bağlı Türkiyəyə başsağlığı verib:

“Rusiya Prezidenti Vladimir Putinin Türkiyə rəhbərliyinə göndərdiyi teleqramın davamı olaraq, nazir Rusiyanın dərhal lazımi yardımı göstərməyə hazır olduğunu bir daha təsdiqləyib”.