Türkiyədə "Kosmik Fəlakət" baş verdi: Ölkə 3 metr hərəkət edib
Ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra mütəxəssislər bildiriblər ki, 10 şəhəri yerlə-yeksan edən zəlzələlərin sürətlənməsi qravitasiya sürətindən 2 dəfə çoxdur.
Demedia.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu dağıdıcı təsirin "anormal dərəcədə böyük" olduğunu qeyd edən mütəxəssislər, 1500-cü ildə də Pazarcıkda belə bir zəlzələ baş verdyini vurğulayıblar.
"O zaman buna "kosmik fəlakət" deyirdilər. 500 il ərzində gərginlik toplayan nazaslıq xətləri qırılıb", - deyə məlumatda qeyd olunur.
Nasazlıq xəttinin yerləşdiyi Anadolu lövhəsinin Ərəb lövhəsinə nisbətən ən azı üç metr şimal-şərq-cənub-qərb istiqamətində hərəkət etdiyini düşündüklərini ifadə edən italyan alim hərəkətin cəmi 30-40 saniyədə reallaşdığına bildirib.