İranda etiraz aksiyasının qeyri-rəsmi himni "Qremmi" mükafatını alıb



 13:20 07.02.2023     465

İranın tanınmış müğənnisi və bəstəkarı Şervin Hacıpurun “Bərai” (“Ona görə”) mahnısı “Qremmy” mükafatına layiq görülüb.

Demedia.az xəbər verir ki, məlumatı “Amerikanın səsi” radiosunu fars redaksiyası yayıb.

Qeyd edək ki, “Bərai” mahnısı sentyabrın 17-dən başlayan və davam edən etiraz aksiyaçılarının qeyri-rəsmi himnidir. Mahnıda İran xalqının on illərdir çəkdiyi zülm, ağrı-acılarından, uğrunda mübarizə aparılan amallardan bəhs edilir. “Qadın, Həyat, Azadlıq!” şüarı vurğulanır.

Şervin Hacıpur 2022-ci il sentyabrıən 29-da bu mahnıya görə saxlanılıb. Girov qarşılığında oktyabrın 4-də zaminə buraxılıb. Şervin Hacıpur 1997-ci il martın 30-da İranın Mazandaran əyalətinin Babol şəhərində anadan olub.