Aİ-dən Türkiyədə həyatını itirənlər üçün bir dəqiqəlik sükut



 15:36 07.02.2023     412

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra həyatını itirənləri bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Demedia.az xəbər verir ki, Türkiyə zəlzələdən sonra iştirakçılarından biri olduğu Aİ Mülki Müdafiə Mexanizmini işə salıb.

Bir çox Aİ ölkəsi Türkiyəyə axtarış-xilasetmə qrupları da daxil olmaqla müxtəlif yardımlar göndərəcəklərini açıqlayıb. Avropadan olan 850-dən çox axtarış-xilasetmə mütəxəssisi ilk növbədə zəlzələ zonasına doğru hərəkət edərkən onları çoxlu sayda texnika və axtarış itləri müşayiət edir.