Türkiyədə fövqəladə vəziyyət elan edildi
Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Dövlət başçısı axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdiyini də söyləyib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.