İranın nüvə arxivlərini ələ keçirdik - MOSSAD



 17:43 04.03.2021     495

MOSSAD-ın keçmiş sədr müavini İrana qarşı pis mübarizəyə görə hökuməti tənqid edib.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, “Yediot Axronot” qəzetinə müsahibə verən sədr müavininin adı açıqlanmayıb (adının açıqlanması rəsmən qadağan olunub – red.).

O, MOSSAD-ın fəaliyyətinin müstəqilliyinə getdikcə təhdid yarandığını bildirib:

“Nüvə razılaşmasını necə dağıtmaq olar? Aydındır ki, əgər oradan amerikalıları çıxarsaq, razılaşma zəifləyəcək, amma hələ dağılmayacaq. Biz hazırlıq apardıq, plan işlədik. Tehranın nüvə arxivlərini ələ keçirmək onun mərhələlərindən biri idi. Bunun nəticəsində situasiya yaxşılaşmadı. Belə ki, İran raketlər istehsal edərək, bir saniyə belə özünün regional ekspansiyasını dayandırmadı. İsrail hökuməti isə Tehran tərəfindən təhdidə lazımi səviyyədə yanaşmadı. Məncə, İsrail son iki il ərzində nüvə razılaşmasıyla bağlı kompromisə getdi, ona görə ki, o, maksimal nəticələr əldə etmək istəyir. Amma bu zaman ərzində İran material toplayır”.

Qəzet müsahibəni aldığı şəxsin keçən ay istefaya getdiyini, amma məhz onun 2018-ci ildə İranda nüvə arxivlərinin ələ keçirilməsi ilə bağlı əməliyyatı idarə etdiyini yazıb.