Avropa ölkələrinin Azərbaycandakı səfirliklərində bayraqlar yarıya endirildi
Avropa ölkələrinin Azərbaycandakı səfirliklərində bayraqlar yarıya endirilib.
Demedia.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviterdə yazıb.
O bildirib ki, bu, Türkiyə ilə həmrəylik rəmzidir: “Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərər çəkənlərlədir”.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 5 894 nəfər ölüb, 34 810 nəfər yaralanıb. Təbii fəlakət zamanı 5 775 bina dağılıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.