Türkiyədə 5 yaşlı uşaq 51 saatdan sonra dağıntılar altından sağ xilas edilib
Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində çökən binalardan birinin dağıntıları altından 51 saatdan sonra 5 yaşlı qız uşağı sağ olaraq xilas edilib.
Demedia.az xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.
Kahramanmaraşda dağıntılar altında qalan 4 yaşlı Beyza adlı qız isə 42 saat sonra sağ xilas edilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 5 894 nəfər ölüb, 34 810 nəfər yaralanıb. Təbii fəlakət zamanı 5 775 bina dağılıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.