Zelenski Brüsselə gedir



 12:58 09.02.2023     442

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) sammitində iştirak etmək üçün bu gün Brüsselə səfər edəcək.

Demedia.az xəbər verir ki, o, səfər çərçivəsində Avropa Parlamentində çıxış edəcək və bir sıra görüşlər keçirəcək.

Dövlət başçısının Aİ liderlərini Kiyevə hərbi yardımı artırmağa və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağıracağı güman olunur. Onun Rusiyanın nüvə enerjisi sahəsinə və “Rosatom” şirkətinə qarşı məhdudiyyətlərin tətbiq edilməsini istəyəcəyi də gözlənilir.

Xatırladaq ki, Brüsseldən əvvəl Zelenski London və Parisə səfər edib.