Ana və oğlu 101 saat sonra dağıntılar altından sağ çıxarıldılar - FOTO



 10:33 10.02.2023     441

Türkiyədə zəlzələdə dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir.

Demedia.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, Diyarbəkirdə zəlzələdə dağılan binanın dağıntılarından 101 saat sonra ana və oğul xilas edilib.

Dağıntılar altında olan 32 yaşlı Sebahat Varlı və onun 10 yaşlı oğlu Serhatı dağıntılar altından sağ-salamat çıxarılıb.

Yaralı ana və oğul təcili yardımla xəstəxanaya aparılıb.