Ermənistan müdafiə nazirinin müşaviri istefaya göndərildi
Ermənistan müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan vəzifəsindən azad edilib.
Demedia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan açıqlayıb.
Məlumata görə, bu barədə qərarı müdafiə naziri Suren Papikyan imzalayıb. Onun istefaya göndərilmə səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Vardan Avetisyan 2016-cı ilin noyabrında müdafiə nazirinin müşaviri təyin edilib.
Xatırladaq ki, bu gün Ermənistan mediasında Suren Papikyanın istefa verəcəyi barədə məlumat yayılıb.