İndoneziyada dünəndən bəri ikinci təbii fəlakət yaşanır
İndoneziyanın Siau adasında Karangetanq vulkanının püskürməsi başlayıb. Lava üzüaşağı axaraq yamacdakı çaylara tökülüb.
Demedia.az xəbər verir ki, bu barədə Vulkanoloji və Geoloji Təhlükələrin Azaldılması Mərkəzindən bildirib.
Qeyd edilib ki, Batanq, Timbelanq, Beha Barat, Nanitu, Batuavang və Kaxetang çayları 1784 metr yüksəklikdən başlayır.
Mərkəzdən bildirilirb ki, dağın yamacı kifayət qədər dik olduğundan lava sürətlə axır.
Yaxınlıqdakı kəndlərdən sakinlərin köçürülməsi başlanılıb.
Xatırladaq ki, dünən İndoneziyada qurbanlarla nəticələnən güclü zəlzələ baş verib.
Yeri gəlmişkən, Karangetanqın sonuncu püskürməsi 2011-ci ildə, Yaponiyadakı zəlzələlərdən dərhal sonra qeydə alınıb.