Trampın iqamətgahında əlavə məxfi sənədlər tapıldı



 12:30 11.02.2023     441

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri onun iqamətgahında əlavə məxfi sənədlər taparaq Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssislərinə təhvil veriblər.

Demedia.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Gizli sənədlər ötən ilin dekabrında Trampın Mar-a-Laqo malikanəsində (Florida) aşkar edilib.

Açıqlanmayan məxfi sənədlərlə yanaşı, vəkillər keçmiş prezidentin köməkçilərindən birinə məxsus noutbuk və üzərində “gizli axşam brifinqi” yazılmış boş qovluq da tapıblar.

Keçmiş Amerika liderinin vəkilləri tapılan sənədləri, noutbuku və qovluğu FTB ekspertlərinə təhvil veriblər.