Türkiyədə zəlzələdə uçan binalara görə 41 nəfər saxlanıldı
Türkiyənin Diyarbakır, Qaziantep və Şanlıurfa əyalətlərində zəlzələ zamanı uçan binalarla bağlı 41 nəfər saxlanılıb.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
***
Türkiyədə zəlzələ nəticəsində uçan binalarda aşkarlanan tikinti qüsurları ilə bağlı 8 nəfər həbs edilib.
Bu barədə "Habertürk" telekanalı məlumat yayıb.
Həmin şəxslər barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 9 saatlıq fasilə ilə 7,7 və 7,6 maqnitudalı zəlzələlər baş verib. Ardınca yüzlərlə afterşokun qeydə alındığı yeraltı təkanlar Türkiyənin 10 vilayətini əhatə edib.
Son məlumatlara görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 21 min nəfəri ötüb.