ABŞ və Ukraynanın müdafiə nazirləri Kiyevə yardım qrupunun iclasının prioritetlərini müzakirə ediblər



 10:45 12.02.2023     339

ABŞ-nin müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Oleksiy Reznikovla Vaşinqton və onun müttəfiqlərinin Ukraynaya hərbi yardım göstərmək üçün yaratdığı təmas qrupunun gələn həftə Brüsseldə keçiriləcək növbəti iclasının prioritetlərini müzakirə edib.

Demedia.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Müdafiə naziri Ostin Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ilə telefonla gələn həftə Brüsseldə Ukraynaya hərbi yardıma dair təmas qrupunun görüşünün prioritetlərini, o cümlədən hava hücumundan müdafiə və artilleriya məsələlərini müzakirə edib”, - məlumatda deyilir.

Bundan başqa, müdafiə idarələrinin rəhbərləri döyüş bölgəsindəki vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.